EN

“Biz “Şamaxı”dan daha güclüyük” - Ayxan Abbasova görə bu etirafı etdi

“Bizim üçün çox vacib oyundur.

“Şamaxı”nın evdə inamlı oynadığını hər kəs bilir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emanuel Hakman deyib.

İddiasını ortaya qoyaraq turnir cədvəlinin ilk “3-lüy”ündə yerini bərkidən qərb təmsilçisi bazar ertəsi Şamaxı səfərində yerli komandanın önünə çıxacaq.

Bu komandalar arasındakı oyunlar zamanı ağıla gələn ilk ad Ayxan Abbasovdur.

Hazırda həm də Azərbaycan millisinə rəhbərlik edən təcrübəli mütəxəssis “Turan Tovuz” elitaya yüksəldiyi çətin dönəmdə baş məşqçi postunu tutmuş, 2 il bölgə təmsilçisini çalışdırmış, 2024-cü ilin yayında klub rəhbərliyi ilə fikir ayrılığına görə buradan ayrılmışdı.

Toqodan olan legioner Sportinfo.az-a açıqlamasında bu faktın oyuna prinispiallıq qatdığını inkar etməyib:

“Nə demək istədiyinizi başa düşürəm. “Şamaxı” bizimlə oyuna final kimi yanaşır., b da anlaşılandır.

“Şamaxı”da Ayxan Abbasov amili var. Biz isə daha güclü olduğumuzu göstərməyə çalışacağıq.

Meydanın süni örtüklü olması rəqibin xeyrinə işləyir. Onlar bu üstünlükdən yararlanmağa çalışırlar.

Hər oyunda olduğu kimi, bu dəfə də hədəfimiz dəyişməzdir - qələbə qazanmaq. Sevinən tərəf olarıq”.

Fevralın 16-da Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

HƏBİB

Chosen
36
sportinfo.az

1Sources