EN

“Hadisənin səbəbi açıqlanarkən “sürücünün diqqəti telefona yayındığı üçün qəza baş verib” kimi məlumat nadir hallarda deyilir”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Baltikyanı ölkələrdə sürücüləri daha diqqətli olmağa çağıran, xəbərdaredici və müəyyən qədər vahimə yaradan real lövhələr quraşdırılıb. Bu lövhələrdə əsasən real yol-nəqliyyat hadisələrindən qalan avtomobillər nümayiş etdirilir. Onlara daha çox avtomagistrallarda rast gəlinir.Bu cür yanaşma yol qəzalarının azalmasına real təsir göstərə bilərmi?Cəmiyyətdə necə qarşılanar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Raqif Raufoğlu açıqlamasında bildirib ki, istənilən halda bu cür tətbiqlərin mümkün olması faydalı olar: “Əlbəttə, bu təcrübəni tətbiq edən başqa ölkələr də var. Məsələn; 8 il əvvəl Almaniyanın bir çox şəhərlərində buna şahid olmuşam. Hətta daha kreativ nümunələr də mövcuddur. Məsələn, “Facebook” və “WhatsApp” kimi sosial şəbəkələrin loqolarını yol kənarında yerləşdirib, avtomobilin guya onlarla toqquşduğunu vizual şəkildə göstərirlər. Yəni mesaj aydındır: sürücü sosial şəbəkə və ya telefon səbəbindən qəza törədib.

Bu cür yanaşma istənilən halda diqqət çəkir. Düşünürəm ki, tətbiq etmək mümkün olarsa, faydalı olar. Aydın məsələdir ki, bu üsul 100 faiz effekt verməyəcək. Onsuz da belə layihələr bütün auditoriyaya deyil, müəyyən hissəyə təsir etmək üçün nəzərdə tutulur. Məsələn, sürücünün yanında uşağı və ya sərnişini varsa, belə vizual xəbərdarlıq sonradan eyni davranışı təkrarlayanda ona xatırlatma ola bilər. Bu baxımdan, insanların bir-birinə təsiri fonunda müsbət dəyişiklik yarana bilər”.

Raqif Raufoğlu

“Bizdə son vaxtlar qəzalarda telefon amili çox müzakirə olunur, amma əsasən ümumi şəkildə. Hadisələrin səbəbləri açıqlanarkən konkret olaraq “sürücünün diqqəti telefona yayındığı üçün qəza baş verib” kimi məlumatlar nadir hallarda vurğulanır. Halbuki belə vizual mesajlar isə daha kütləvi və təsirli maarifləndirmə vasitəsi ola bilər”-deyə Raqif Raufoğlu qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
bizimyol.info

1Sources