EN

Mərkəzi Gömrük Hospitalında körpücükaltı arteriya vasitəsilə TAVI əməliyyatı uğurla icra edilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu tərəfindən 75 yaşlı pasiyent üzərində yüksək riskli və mürəkkəb kardioloji müdaxilə uğurla icra olunub. Pasiyent 9 il əvvəl açıq ürək əməliyyatı keçirmiş, hazırda isə aorta qapağında kritik darlıq diaqnozu ilə müraciət etmişdir. Eyni zamanda hər iki aşağı ətraf damarlarının tam tıxalı olması səbəbilə standart femoral giriş yolu mümkün olmamışdır. Məhz bu mürəkkəb klinik vəziyyət nəzərə alınaraq, multidissiplinar komanda yanaşması tətbiq olunmuşdur. Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, Nurlan Mahmudov və Shahla Aliyeva Agayeva ilə birgə alternativ giriş yolu seçilərək körpücükaltı arteriya vasitəsilə Transkateter Aorta Qapaq İmplantasiyası (TAVI) əməliyyatı icra edilmişdir.

Əməliyyat yüksək peşəkarlıq və koordinasiya şəraitində uğurla tamamlanmış, pasiyentin hemodinamik göstəriciləri stabilləşmiş və erkən postoperativ dövr problemsiz keçmişdir.

Bu müdaxilə bir daha göstərir ki, Mərkəzi Gömrük Hospitalında yüksək riskli və kompleks kardioloji hallar müasir texnologiyalar və təcrübəli mütəxəssislər tərəfindən effektiv şəkildə idarə olunur.

(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118

l#İlqarTahiroğlu #kardiologiyaşöbəsi #invazivkardioloq #Angioqrafiya #TAVİ #körpücükaltıarteriya #Azərbaycan #MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Chosen
38
2
sia.az

3Sources