EN

Hindistanda tikilməkdə olan körpü ÇÖKDÜ: Yaralılar var – VİDEO

Hindistanın Mumbay şəhərində tikilməkdə olan körpü avtomobillərin üzərinə aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

Hindistanın Mumbay şəhərində dəhşətli hadisə baş verib. Tikilməkdə olan körpünün böyük bir hissəsi qəfildən yoldan keçən avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb. Yaralılar dərhal ərazidəki xəstəxanalara çatdırılıblar.

Hazırda hadisə yerinə xilasedicilər və müvafiq qurumların nümayəndələri cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə səbəbindən magistral yolda nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
97
interpress.az

1Sources