EN

Fransız tarixçi: “ Xameneyinin varislik qorxusu repressiyaları dərinləşdirir”

Vətəninfo.az xəbər verir ki,  dünən fransız tarixçi Jan-Pyer Filio “Le Monde” qəzetində dərc olunan təhlilində İranda repressiyaların güclənməsini hakimiyyətdəki dərin böhranla əlaqələndirib.

Filionun fikrincə, İslam Respublikasında zorakılığın artması birbaşa olaraq ali rəhbər Əli Xameneyinin varisliyi məsələsi ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır. O, yazır ki, Xameneyinin gələcəyi ilə bağlı suallar artdıqca, hakimiyyət zorakılığı daimi idarəetmə alətinə çevirir.

Tarixçi qeyd edir ki, 2022-ci ilin payızında başlayan “Qadın, Həyat, Azadlıq” etirazları zamanı minlərlə insanın həlak olması və ardınca 2026-cı ilin yanvar hadisələri ölkənin yeni zorakılıq mərhələsinə daxil olduğunu göstərir. Onun qənaətincə, bu tendensiya Xameneyinin varislik məsələsində üzləşdiyi çətinliklərlə birbaşa bağlıdır.

Chosen
69
veteninfo.az

1Sources