EN

Möcüzəvi XİLAS: 3500 metrdən huşsuz vəziyyətdə enən paraşütçü SAĞ QALDI – VİDEO

ABŞ-də paraşütçü 3500 metr hündürlükdən huşsuz vəziyyətdə enərək sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-də paraşütlə tullanma zamanı inanılmaz xilas hadisəsi qeydə alınıb. 3500 metr hündürlükdən tullanan bir nəfər havada huşunu itirib və nəticədə əsas paraşütünü aça bilməyib.

Yerdən cəmi 270 metr hündürlükdə avtomatik sığorta cihazı işə düşərək ehtiyat paraşütü aktivləşdirib. Amerikalı huşsuz vəziyyətdə, küləyin istiqaməti üzrə yerə enib. Bu növ eniş daha təhlükəli olsa da, təhlükəsizlik sisteminin düzgün işləməsi sayəsində o, həyatda qalıb.

Hadisə nəticəsində paraşütçü ciddi xəsarət almayıb, yalnız çənə nahiyəsində kəsik və bədənində müxtəlif əziklər aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
22
interpress.az

1Sources