EN

Premyer Liqa klubu bu mövsüm 4-cü baş məşqçisinin adını açıqladı

İngiltərənin "Nottingem Forest" klubu mövsüm ərzində dördüncü baş məşqçisinin adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu rəsmi saytında Vitor Pereyranın baş məşqçi təyin olunduğunu elan edib. 

57 yaşlı portuqaliyalı məşqçi "müşəbəyilər"lə 2027/2028 mövsümünün sonuna qədər müddətə müqavilə imzalayıb. 

Vitor Pereyra bundan əvvəl İngiltərədə  "Vulverhempton"u çalışdırıb. Portuqaliyalı mütəxəssis "Vulverhempton"un baş məşqçisi postunda bir ildən az müddət qalaraq ötən ilin noyabr ayında qovulub. 

"Nottingem Forest" bu mövsüm Pereyradan başqa, Nuno Espirito Santo, Ange Postekoğlu və Şon Dayç ilə də əməkdaşlıq edib. 

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci yerdədir və düşmə zonasından üç xal öndədir.

Chosen
17
fanat.az

1Sources