EN

Tovuz sakininin Kafesi yandı

Yazını böyüt
Yazını kiçilt

Tovuzda yanğın hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Hafta.az xəbər verir ki, rayon sakininə məxsus, sahəsi 150 m²-ə yaxın olan kafedə anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülsə də kafe əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
14
1
hafta.az

2Sources