Bakı. Trend:
Mozambik millisinin və “Sportinq”in yarımmüdafiəçisi Ceni Katamo“Napoli”nin transfer siyahısındadır.
Trend “ABola”ya istinadən xəbər verir ki, İtaliya çempionu 25 yaşlı vingerüçün indidən danışıqlara start verib. Neapol klubunun bu transferdəişi asan olmayacaq. Belə ki, Katamo “Lion” və Səudiyyə Ərəbistanıklublarının da maraq dairəsindədir.
“Sportinq” Katamonun transferindən 30 milyon avro gəlir əldəetmək istəyir. O, bu mövsüm klubun bütün yarışlarında 27 oyundameydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.Katamonun “Sportinq”lə müqavilə müddəti 2028-ci il iyunun 30-naqədərdir. O, “Amora”, “Vitoriya Gimarayeş”, “Maritimo” klublarındada oynayıb.