İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarının kişi hokkey turnirində 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, növbəti raundda aşağıdakı komandalar qarşılaşacaq:
İsveçrə - İtaliya
Almaniya - Fransa
İsveç - Latviya
Çexiya - Danimarka
Kişi hokkey turniri fevralın 22-dək davam edəcək. Son 12 ildən sonra ilk dəfə yarışda NHL oyunçuları da iştirak edirlər.
Turnirin son Olimpiya çempionu Finlandiyadır. Skandinaviya təmsilçisi 2022-ci ildəki finalda Rusiya yığmasını 2:1 hesabı ilə məğlub etmişdi.