EN

Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş

Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.

Artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.

Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.

Lakin polyaklar bu avantüraya getməyiblər.

Chosen
74
publika.az

1Sources