EN

“Barselona”nın oyununa təyinat açıqlandı

Bakı. Trend:

La Liqada “Jirona” ilə “Barselona” arasında keçiriləcəkqarşılaşmanı Sezar Soto Qrado idarə edəcək.

Trend xəbər verir ki,Hakimlər Komitəsinin qərarına əsasən VAR sisteminə David Qalvescavabdeh olacaq.

Bu, Soto Qradonun cari mövsümdə kataloniyalıların iştirak etdiyiüçüncü oyunu olacaq. O, daha əvvəl ölkə kubokunda “Qvadalaxara” iləgörüşdə, həmçinin “Santyaqo Bernabeu”da baş tutan və “Real”ın 2:1hesablı qələbəsi ilə nəticələnən El-Klasikoda ədaləti qoruyub.

Hakim indiyədək “Barselona”nın 16 matçında iş başında olub. Buoyunlarda komanda yeddi qələbə qazanıb, üç heç-heçə edib və altıdəfə məğlub olub.

Soto Qradonun əvvəlki görüşlərdə qəbul etdiyi bəzi qərarlar -ləğv olunan qollar, dəyişdirilən penaltilər və mübahisəli vərəqələr- səbəbindən bu təyinat həm azarkeşlər, həm də komandalar üçündiqqət mərkəzindədir.

Chosen
19
2
az.trend.az

3Sources