EN

Sankt Peterburqda iki nəfərdə meymunçiçəyi virusu aşkarlandı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sankt-Peterburqda meymunçiçəyi virusuna yoluxma ilə bağlı iki fakt rəsmən təsdiqlənib.

Oxu.Az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

Hər iki yoluxmuş şəxs təcili olaraq şəhər klinikalarından birinə yerləşdirilib. Hazırda pasiyentlərin vəziyyətini orta ağır dərəcəli kimi qiymətləndirirlər.

Qeyd edək ki, meymunçiçəyi kimi tanınan bu xəstəlik infeksiyaya yoluxmuş insan və ya heyvanla birbaşa fiziki təmas nəticəsində yayılır. Virusun yaratdığı əsas təhlükə mümkün ağırlaşmalardadır: bura dəri infeksiyaları, pnevmoniya və sepsis kimi ciddi hallar daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, 2022-ci ilin yanvarından 2024-cü ilin noyabr ayının sonuna qədər qlobal miqyasda 117 663 meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
161
oxu.az

1Sources