EN

Starmer uşaqlara sosial medianı qadağan etmək üçün parlamentin təsdiqini alacaq

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın baş naziri Kir Starmer uşaqlar və yeniyetmələr tərəfindən sosial media istifadəsini məhdudlaşdırmaq üçün Britaniya parlamentindən əlavə səlahiyyətlər alacaq.

APA xəbər verir ki, bu barədə baş nazirin ofisindən verilən açıqlamada deyilir.

"Biz parlamentdən yeni səlahiyyətlər istəyəcəyik. Bunlara aşağıdakılar daxil ola bilər: sosial media istifadə üçün minimum yaş həddini təyin etmək, uşaqlar üçün VPN girişinin məhdudlaşdırılması", - baş nazirin açıqlamasında deyilir.

Starmer sosial medianın uşaqların diqqət müddətinə, özünəinamına və zehni sağlamlığına zərər verdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
apa.az

3Sources