EN

İran bundan tamamilə məhrum edilməlidir!

İsrailin baş naziri Benyamin Netanyahu İranın təkcə uranın zənginləşdirilməsi prosesini dayandırmasının yox, ümumiyyətlə bu fəaliyyətlə məşğul olmaq imkanlarından məhrum edilməsinin vacib olduğunu bildirib.

Publika.az xəbər verir ki, Netanyahu bu fikirləri Qüdsdə ABŞ-nin aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşü zamanı səsləndirib.

O, fevralın 11-də ABŞ Prezidenti Donald Trampla apardığı danışıqların nəticələrinə toxunaraq, Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunacağına dair yenidən şübhələrini ifadə edib. Netanyahu bildirib ki, İranla istənilən razılaşma bir neçə əsas şərti özündə ehtiva etməlidir və bu şərtlər təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və ümumilikdə dünyanın təhlükəsizliyi baxımından vacibdir.

Onun sözlərinə görə, birinci növbədə bütün zənginləşdirilmiş materiallar İran ərazisindən çıxarılmalıdır. İkinci şərt isə uranın zənginləşdirilməsi ilə bağlı hər hansı fəaliyyətin tamamilə dayandırılmasıdır. Netanyahu vurğulayıb ki, söhbət prosesin müvəqqəti dayandırılmasından yox, bu işə imkan verən avadanlıq və infrastrukturun sökülməsindən gedir. Üçüncü məsələ kimi isə ballistik raketlərlə bağlı problemlərin də həll olunmasının vacibliyini qeyd edib.

Chosen
31
1
publika.az

2Sources