EN

İlon Mask onun portretini çəkən pərəstişkarını BLOKLADI – FOTO

İlon Mask onun portretini çəkən pərəstişkarını bloklayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Amerikalı milyarder İlon Mask sosial şəbəkədə gənc bir rəssama qarşı gözlənilməz addımı ilə gündəmə gəlib.

Gənc rəssam öz kumirinin portretini çəkərək, “Ümid edirəm ki, nə vaxtsa İlon mənim əl işimi görəcək” başlığı ilə paylaşıb.

Həmin post qısa müddət ərzində 11 milyondan çox baxış toplayıb.

Milyarder rəssamın əsərini həqiqətən də görüb. Lakin o, rəsmi bəyənmək və ya paylaşmaq əvəzinə, portretin müəllifini birbaşa bloklayıb.

Maskın bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında böyük təəccübə və müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
79
interpress.az

1Sources