EN

De Minor Rotterdamda zirvəyə çıxdı

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya reytinqində səkkizinci pillədə qərarlaşan Aleks de Minor Niderlandın Rotterdam şəhərində keçirilən ATP-500 turnirinin qalibi olub.

İdman.Biz xəbər verir ki, o, finalda kanadalı Feliks Oje-Alyassimə 6:3, 6:2 hesabı ilə qalib gəlib.

Görüş 1 saat 18 dəqiqə davam edib. De Minor bu müddətdə bir dəfə də olsun eys vurmayıb, bir ikiqat səhvə yol verib və beş breyk-pointdən üçünü reallaşdırıb. Oje-Alyassim isə iki eys edib, üç ikiqat səhv buraxıb və breyk-point qazana bilməyib.

Bu, de Minorun karyerasında 11-ci, ATP-500 kateqoriyasında isə dördüncü tituludur. O, 2024 və 2025-ci illərdə də Rotterdamda finala yüksəlmiş, lakin müvafiq olaraq Yannik Sinnerə və Karlos Alkarasa uduzmuşdu.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
icma.az

2Sources