ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Bazar günü Kuril adaları sahillərində 20 dəqiqə ərzində 3 zəlzələ qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk zəlzələ yerli vaxtla 15.58-də (Bakı vaxtı ilə 09.58) baş verib.
6,2 bal gücündə zəlzələnin ardınca 4,2 və 4,4 bal gücündə də titrəyişlər olub.
Zəlzələlərin episentri Severo-Kurilskdən təxmini 300 km məsafədə, 35-49 km dərinlikdə yerləşib.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.