EN

Evdə qatıq mayası yoxdursa, nə etməli?

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qatıq mayalamaq üçün südünüz hazırdırsa, lakin evdə maya yoxdursa, mətbəxdəki digər məhsullardan yararlana bilərsiniz.

Milli.Az xəbər verir ki, bu üsullarla hazırlanan qatıqlar həm təbii, həm də çox ləzzətli olur.

Quru lobya ilə mayalama

Bu, ən qədim və təbii üsullardan biridir. Lobyanın tərkibindəki təbii bakteriyalar südün mayalanmasına kömək edir.

1 litr süd üçün 4-5 ədəd quru lobya kifayətdir. Südü mayalanma temperaturuna (ilıq) gətirin. Lobyaları yuduqdan sonra qabın dibinə atın və südü üzərinə tökün. Qabı büküb 6-8 saat gözlədin.

İlk qatıq bir az duru ola bilər, lakin bu qatığı növbəti dəfə maya kimi istifadə etdikdə "daş kimi" qatıq əldə edəcəksiniz.

Acı bibər saplağı ilə mayalama

Bibərin saplaq hissəsindəki fermentlər südü mayalandırmaq gücünə malikdir.

2-3 ədəd qırmızı və ya yaşıl acı bibərin saplağını (toxumlu hissəsi ilə birlikdə) yaxşıca yuyun. Süd ilıq olanda bu saplaqları südün içinə atın. Həmişəki kimi qabı büküb 5-6 saat mayalanmağa buraxın.

Bu üsulla hazırlanan qatıq çox ləzzətli və bərk olur.

Noxud ilə mayalama

Lobya üsuluna bənzəyir və çox effektivdir.

Bir stəkan süd üçün təxminən 10-15 ədəd çiy nohud götürün. Nohudları bankaya qoyun və üzərinə ilıq südü əlavə edin. Bankanın ağzını bağlayıb isti saxlayın.

24 saat sonra süd kəsmik kimi laxtalanacaq. Bu laxtalanmış hissəni süzüb növbəti böyük süd qazanı üçün "əsl maya" kimi istifadə edə bilərsiniz.

İlk maya keçid kimidir: Bu alternativ üsullarla əldə edilən ilk qatıq adətən "maya hazırlamaq" məqsədi daşıyır. Tam istədiyiniz qatıq dadını və bərkliyini bu ilk qatığı maya kimi istifadə edərək ikinci mayalamada alacaqsınız.

Maya nə olursa olsun, südün temperaturu (təxminən 42-45°C) stabil qalmalıdır.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
91
4
news.milli.az

10Sources