“Barselona”nın baş məşqçisi Hansi Flik “Atletiko Madrid”lə oyunda qeydə alınan ofsayd epizodu ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis epizodu başa düşmək üçün oyundan sonra hakimlə danışdığını bildirib.

Flik paltardəyişmə otağında referi ilə ünsiyyət qurduğunu deyib:

“Paltardəyişmə otağında hakimlə danışdım ki, ofsayd epizodunu mənə izah etsin.”

O, görüşdən sonra hakimlə ünsiyyətin müsbət keçdiyini vurğulayıb:

“Oyundan sonrakı kommunikasiya müsbət idi və bunu irəliyə doğru bir addım hesab edirəm. Məğlub olmamızda hakimi günahlandırmıram.”

Qeyd edək ki, bu epizod matçdan sonra geniş müzakirələrə səbəb olub və azarkeşlər arasında böyük rezonans doğurub.