EN

Media rəhbəri Epşteynin ziyafətində

Türkiyəli iş adamı Acun İlıcalının yaxın dostu kimi tanınan və müxtəlif layihələrdə “Acun Medya” ilə əməkdaşlıq edən meksikalı milyarder, medya rəhbəri Rikardo Salinas Pliegonun adı yeni yayımlanan Epşteyn sənədləri fonunda beynəlxalq medianın gündəminə düşüb.

NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, Salinas Pliego 2011-ci ildə Ceffri Epşteyn tərəfindən təşkil edilən xüsusi yemək dəvəti üçün hazırlanmış iştirakçı siyahısında yer alan şəxslərdən biri kimi göstərilib.

Meksika mediası sənədlərdə sadalanan adların həmin dövrdə Epşteynin biznes və sosial dairəsinə aid şəxslər olduğunu yazır. Bununla belə, mövcud sənədlər Rikardo Salinas Pliegonun hər hansı qanunsuz fəaliyyətlə əlaqəsini təsdiqləmir və siyahıda adın keçməsi hüquqi məsuliyyət anlamı daşımır.

Qeyd edək ki, Epşteyn arxivlərinin yenidən ictimaiyyətə çıxarılması bir çox iş adamı və ictimai simanın adlarının yenidən gündəmə gəlməsinə səbəb olub. Salinas Pliego da həmin siyahıya düşənlər arasındadır.

Media rəhbəri yayılan məlumatlara hələlik rəsmi münasibət bildirməyib. Onun adı daha əvvəl də Epşteynin əlaqə siyahılarında keçmiş, lakin heç bir istintaq orqanı tərəfindən ona qarşı iddia irəli sürülməmişdi.

Sara

Chosen
149
nocomment.az

1Sources