EN

Avropanın ən çox penalti qazanan klubu hansıdır?

Avropanın "Top-5" liqaları arasında 2024/25 mövsümündə ən çox penalti qazanan klubların siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, siyahıya İspaniya nəhəngi "Real Madrid" liderlik edir. "Kral klubu" mövsüm ərzində ümumilikdə 14 penalti qazanaraq bu göstəricidə bütün rəqiblərini geridə qoyub.

Siyahının ön sıraları aşağıdakı kimidir:

• "Real Madrid" (İspaniya) – 14 penalti (11 qol).

• "Bayern Münhen" (Almaniya) – 10 penalti (9 qol).

• "Lion" (Fransa) – 10 penalti (8 qol).

• "Liverpul" (İngiltərə) – 9 penalti (9 qol - 100% dəqiqlik).

Maraqlıdır ki, "Real Madrid" həm də penalti balansı (qazandığı və əleyhinə verilən penaltilər arasındakı fərq) baxımından +11 göstərici ilə Avropanın ən yaxşısı olub. Komandanın penaltilərini əsasən Kilian Mbappe (10 dəfə) və Vinisius Junior (4 dəfə) yerinə yetirib.

Chosen
81
fanat.az

1Sources