Serbiya hərbçiləri Prezident İlham Əliyevin qatıldığı şam yeməyində Azərbaycan mahnısı ifa edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, – H.Hacıyev qeyd edib.