Misli premyer-liqasının 20-ci turunun Quba Olimpiya Kompleksində keçirilən “İmişli” - “Qarabağ” oyunu meydan sahibi komanda üçün nəticə baxımından uğursuz olsa da, maliyyə planında uğurlu olub.
“Football-plus.az” xəbər verir ki, Aran təmsilçisi çempion, ölkənin Avropadakı qüruru ilə qarşılaşma üçün biri 3 manata olmaqla 2000 bilet satıb. Qalan 1500 nəfər isə oyunu biletsiz izləyib.
Maraqlıdı ki, “İmişli”nin son ev oyununda 110, ondan əvvəl isə cəmi 60 tamaşaçı olmuşdu.
MÜZƏFFƏR QULUZADƏ