EN

Müharibə sərhədləri keçəcək, ölkəmiz buna hazırdır! Tsahkna

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Estoniya və NATO mümkün Rusiya təcavüzünə tam hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazir Marqus Tsahkna “DW”yə verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, hücum halında müttəfiqlər yalnız müdafiə ilə kifayətlənməyəcək, döyüş əməliyyatlarını Rusiya ərazisinə qədər aparacaqlar.

Tsahkna həmçinin Vladimir Putin ilə konkret plan olmadan aparılan danışıqları səhv adlandırıb. Onun sözlərinə görə, Kremlə xüsusi elçilərin göndərilməsi yalnız Avropa İttifaqını alçaldır, Ukraynanın mövqeyini zəiflədir və son onilliklərin uğursuz siyasətini təkrarlayır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
globalinfo.az

2Sources