Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfər etdi.
Səfər Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunun və qlobal müzakirələrdə fəal iştirakının növbəti təsdiqi kimi qiymətləndirilir.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakını rəsmi protokol səfərindən daha geniş məna kəsb etdiyini deyib:
"Bu səfər Bakının beynəlxalq münasibətlər sistemində artan çəkisini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Qlobal geosiyasi gərginliyin artdığı bir vaxtda dövlət başçısının Münhenə səfəri Azərbaycanın regional oyunçu olmaqla yanaşı qlobal təhlükəsizlik memarlığının formalaşmasında fəal iştirak edən və rəyi nəzərə alınan nüfuzlu tərəfdaş olduğunu sübut etdi.
Xüsusilə, “Trans-Xəzər əməkdaşlığı” və “Açıq dəhliz siyasəti” kimi mühüm panel müzakirələrində Azərbaycan liderinin iştirakı böyük əhəmiyyət daşıdı. Bu çıxışlar ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və enerji qovşağı kimi mərkəzi rolunu beynəlxalq auditoriyaya çatdırmaq baxımından müstəsna rol oynadı".
Ekspert bildirib ki, konfrans çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər və nüfuzlu media qurumlarına verilən müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünyaya birbaşa təqdim edilməsinə xidmət etdi:
"Eyni zamanda, regional sülh gündəliyi və iqtisadi potensial da birinci mənbədən beynəlxalq ictimaiyyətə çatdırıldı. Prezident İlham Əliyevin bu səhnədə nümayiş etdirdiyi qətiyyətli və praqmatik diplomatiya Azərbaycanın yeni dünya nizamında öz milli maraqlarını qoruduğunu göstərdi. Bununla yanaşı, ölkəmizin qlobal miqyasda sabitlik və təhlükəsizlik ixrac edən dövlət imici daha da möhkəmləndi. Bu iştirak bir daha təsdiqlədi ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın rolu həlledicidir. Rəsmi Bakınım iştirakı olmadan regionda heç bir strateji layihənin reallaşması və davamlı sülhün təmin edilməsi mümkün deyil".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.