EN

ABŞ Hind okeanında neft tankerini ələ keçirib

ABŞ Hind okeanında heyəti Birləşmiş Ştatların sanksiyalarını pozmaqda şübhəli bilinən "Veronica III" gəmisini ələ keçirib.

Ölkə.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilir ki, gəmi ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilmiş "karantini" pozmağa cəhd göstərib.

Tramp tərəfindən 2025-ci ilin dekabrında Venesuelanın neft tankerlərinə qarşı elan edilmiş dəniz blokadası məhz "karantin" adlandırılır.

Pentaqonun bəyanatına əsasən, amerikalı hərbçilər gəmini Karib dənizindən Hind okeanına qədər təqib ediblər və ələ keçirmə hadisəsi ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında baş verib.

"Veronica III" 2006-cı ildə inşa edilmiş və Panama bayrağı altında üzən neft tankeridir.(oxu.az)

Chosen
9
1
olke.az

2Sources