"Keçmiş iilər üçün darıxmıram. Düzdür, gözəl illər idi. Amma onu geri qaytara bilməyəcəyəm".
Ölkə.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "İncə səhər" verilişində deyib. Müğənni hazırda şou-biznesdəki vəziyyətdən narazı olduğunu dilə gətirib:
"O vaxtlar biz pul fikirləşmirdik: maşınım, nəyimsə olsun. Can atırdıq ki, səhnədə çıxış edək. Heydər Əliyev Sarayına gələndə elə bilirdim başqa planetdyəm. Dünyanın ən xoşbəxt müğənnisi idim. İndi hər şey o qədər adiləşib ki... Çirkin bir rəqabət var".(axsam.az)