EN

Zelenski Avropanı tənqid etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı Rusiyaya qarşı sanksiyaların genişləndirilməməsinə görə tənqid edib.Metbuat.az xəbər verir ki, bu barədə o, POLITICO nəşrinə müsahibəsində danışıb. Zelenski bildirib ki, Avropa ölkələri hələ də Rusiyanın nüvə enerjisi sektoruna, o cümlədən dövlət korporasiyası olan Rosatom və onunla əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq etməyib.Onun sözlərinə görə, Rusiyanın nüvə sektorunda çalışan bəzi şəxslərin ailə üzvləri Avropa və ABŞ-də yaşayır, bu ölkələrin universitetlərində təhsil alır və daşınmaz əmlaka sahibdirlər.Ukrayna lideri qeyd edib ki, bu şəxslər Qərb ölkələrinin qaydalarına və demokratik dəyərlərinə hörmət etmədikləri halda həmin ölkələrdə yaşamağa davam edirlər.

Zelenski onların Rusiyaya qayıtmalı olduqlarını vurğulayıb.

Chosen
26
metbuat.az

1Sources