EN

Tedeskonun Fənərbağça sı derbilərdə yalnız Beşiktaş a uduzub

ain.az, Fanat saytına istinadən bildirir.

"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun derbi statistikası diqqət çəkir.

Fanat.Az xəbər verir ki, mütəxəssisin rəhbərliyi altında "sarı-lacivərdlilər" böyük oyunlarda olduqca inamlı təsir bağışlayır.

Tedeskonun idarə etdiyi 6 derbi qarşılaşmasından 4-də "Fənərbaxça" qalib gəlib, 1-də isə bərabərlik qeydə alınıb.

Maraqlıdır ki, bu müddət ərzində komanda yalnız bir dəfə - "Beşiktaş"a qarşı oyunda (1:2) meydanı xalsız tərk edib. "Qalatasaray"ı 2:0, "Trabzonspor"u isə 3:2 və 1:0 hesabları ilə məğlub edən Tedesko, İstanbul derbilərindəki uğurlu seriyasını davam etdirmək niyyətindədir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
67
1
fanat.az

2Sources