Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, gözəl ifaları ilə hər zaman səs-küy yaradan Azərbaycan incəsənətinin incisi Xumar Qədimova iki gün əvvəl “Gəl, şəklini çəkim dünya” mahnısını və klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, böyük marağa səbəb olan ekran işinin sorağı bu dəfə türk mediasından gəlib.
Türkiyənin məşhur maqazin səhifələri Əməkdar artistin səs-küylü layihəsinə biganə qala bilməyiblər. Mahnı haqda türk mediası “Türk dünyasının bənzərsiz səsi Xumar Qədimovdan dünya dolu bir nəğmə” başlıqlı yazı yayımlayıb.
Qeyd edək ki, bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi Pusu" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub.





Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.