EN

ABŞ sanksiyalar altında olan Veronica III tankerini ələ keçirib

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hərbçiləri İran neftinin daşınmasına görə sanksiya siyahısında olan "Veronica III" tankerini ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyi (Müdafiə Nazirliyi) "X" sosial şəbəkəsində bildirib.

Qurum əməliyyatın insidentsiz həyata keçirildiyini qeyd edib.

"Gəmi (ABŞ Prezidenti Donald – red.) Tramp tərəfindən tətbiq edilən məhdudiyyəti keçməyə, yayınmağa cəhd edib. Biz onu Karib dənizindən Hind okeanına qədər izlədik, məsafəni azaltdıq və dayandırdıq", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
4
sherg.az

5Sources