Misli Premyer Liqasında XX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" bu turda "Neftçi"yə məğlub olub - 1:3.
Görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçı dəyərləndirib:
"Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, onların etimadını doğruldaq.
Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır".
Qeyd edək ki, "Kəpəz" 13 xalla Premyer Liqada 11-ci yerdədir.