Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz” “Neftçi”yə məğlub olub – 1:3.
İdmanxeber.az-ın Yevlaxa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, maçdan sonra Gəncə klubu xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, “sarı-göylər”in avtobusu sınıb.
Bu səbəbdən də futbolçular stadiondan taksi ilə ayrılmaq məcburiyyətində qalıb. Hazırda “Kəpəz” avtobusu Yevlax şəhər stadionunda təmir edilir.
