EN

"Qalatasaray"ın taleyüklü matçına hollandiyalı hakim

"Qalatasaray"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliya nəhəngi "Yuventus"a qarşı keçirəcək ilk oyununun hakimlər briqadası açıqlanıb.

Fanat.Az xəbər verir ki, 17 fevral çərşənbə axşamı günü RAMS Parkda baş tutacaq bu nəhəng dueli Hollandiya Futbol Federasiyasından Denni Makkelie idarə edəcək. Ona yan xəttlərdə həmyerliləri Hessel Steeqstra və Yan de Vries kömək edəcəklər.

Görüşün digər rəsmi şəxsləri isə aşağıdakılardır:

• Dördüncü hakim: Allard Lindhout (Hollandiya).

• VAR hakimi: Bastian Dankert (Almaniya).

• AVAR hakimi: Benjamin Brand (Almaniya).

Maraqlıdır ki, Denni Makkelie bu mövsüm "Qalatasaray"ın liqa mərhələsində "Monako"ya 0:1 hesabı ilə uduzduğu oyunu da idarə etmişdi. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq bu qarşılaşmada təcrübəli hakimin idarəçiliyi hər iki tərəf üçün böyük maraq kəsb edir.

Chosen
9
1
fanat.az

2Sources