EN

Vuçiç Azərbaycana gələcək

Serbiya prezidenti Aleksandr Vuçiç sentyabr ayında Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, Vuçiç bu açıqlamanı Belqradda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata açıqlamaları zamanı verib.

Serbiya prezidenti sentyabr ayında Azərbaycanda keçiriləcək böyük investisiya forumunda iştirak edəcəyini vurğulayıb.

O əlavə edib ki, Azərbaycan da öz növbəsində Serbiyada keçiriləcək EXPO 2027 sərgisində iştirakını təsdiqləyib.

Chosen
37
50
unikal.az

10Sources