EN

"Serbiya öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır" - Dövlət başçısı

Sizin (Prezident Vuçiç – red.) rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır.

"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.

Chosen
34
unikal.az

1Sources