Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son zamanlar insanlar elektriklənmə halları ilə daha sıx rastlaşırlar. Əllərini nəyə vururlarsa tokvurmadan diksinirlər. Vətəndaşlar etiraf edirlər ki, qapı dəstəklərini yalın əllə deyil, əlcək və ya salfetlə açırlar ki, elektriklənmə baş verməsin. Bu vəziyyət, sintetik geyimlərin istifadəsi ilə əlaqələndirilsə də, pambıq geyənlər də bənzər problemlərlə qarşılaşdığını deyirlər.Bəs onda bu elektriklənmənin əsl səbəbi nədir?Mütəxəssislər bildirirlər ki, xüsusilə quru hava şəraitində, qış aylarında elektrik yüklənmənin toplanıb yığılması daha çox olur. Rütubət azaldıqca, yüklərin birləşməsi və daşınmasını çətinləşdirir, nəticədə elektriklənmə yaranır. Əsasən sintetik materiallar çox asanlıqla elektrik yığır və bunu daha da artırır. Amma pambıq da tam təsirsiz deyil. Həm pambıq, həm də digər təbii materiallar, xüsusən yun parçalar yüklənmə yığır.
Mütəxəssislərin fikrincə, rütubətliliyin az olduğu havalarda telefon və digər texnoloji cihazlarla çox vaxt keçirmək problem daha da artırır. İşin qəribə tərəfi də budur ki, metal əşyalara toxunmaqdan ehtiyat edənlər, tam tərsi, toxunmaqla elektrik yükları boşaltmalıdırlar. Amma məsələ ilə bağlı iddialar da var ki, son dövrlərdə elektriklənmənin əvvəlki illərlə müqayisədə daha çox olmasının səbəbi 5G texnologiyasıdır. 5G əvvəlkilərdən daha yüksək tezlikli dalğalarda çalışır.
Yüksək tezlikli dalğalar uzaq məsafələrə yayıla bilmir, ona görə də 5G şəbəkəsinin antennaları bir-birinə yaxın məsafədə – təqribən 150-200 metr, maksimum 500 metr məsafədə yerləşməlidir. Bu əlbəttə ki, radio şüalanmanın həcmcə da böyük olduğunu göstərir. Bu şüalanmanın da digər mənfi təsirlərlə yanaşı, elektriklənməyə də səbəb olması mümkündür.Həkim-radioloq Kamran Əliyev Bizim.Media-ya məsələ ilə bağlı belə açıqladı ki, şüalanmanın insan orqanizminə mənfi təsiri qaçılmazdır. Amma bu, 5G şüalanmasının insan orqanizmi üçün təhlükəli olması anlamına gəlmir, sözügedən iddialar sübut edilməyib.“Səhiyyə sahəsində çalışan ekspert qrupları və ictimai təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı mövcud məsələni diqqətlə öyrəniblər və bu nəticəyə gəliblər ki, 5G baza stansiyalarının şüalandırdığı dalğaların sağlamlığa zərəri yoxdur.
Bu yeni texnologiya bazaları qurulmazdan qabaq Almaniyada aparılan araşdırmada iki müxtəlif dəri hüceyrəsi növü 5G elektromaqnit dalğalarına 48 saat ərzində məruz qoyulub. Nəticələr göstərib ki, bu dalğalar hüceyrə quruluşunda pozuntu və ya zədələnmə yaratmayıb.
Təbii ki, yaşayış məntəqələrinin və mağazaların sıx yerləşdiyi yerlərdə elektromaqnit mühit yaranır, bu, həssas orqanizmli insanlarda özünü büruzə verə bilər. Amma 5G texnologiyasının istifadə etdiyi millimetrlik dalğalar bədən daxilinə nüfuz etmir”.Şəfiqə Şəfa, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.