EN

"Neftçi"yə jest etmək fikrimiz yoxdur" - Azər Bağırov

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün Yevlaxda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırovov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Azarkeşlərimizə təşəkkür edirəm ki, komanda məğlub olanda da yanımızdadırlar. Növbəti oyunlarda səhvsiz çıxış edib onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəlincə, çox ucuz qollar buraxırıq. Bu da bizi məyus edir. Belə qollar buraxmaq olmaz. Mən bunu təsadüf sayıram.

Bu gün Yusif İmanovun səhvləri var idi. Əvvəlki oyunlarda da olmuşdu. Təhlil edib qərar verəcəyik. Yəqin ki, ölçü götürülər. Ohorinin gözündə bir az problem var idi, həkimə aparmışdıq. "Neftçi"yə jest etmək kimi bir fikrimiz yoxdur. İstəsəniz, həkimə getməsi ilə bağlı qəbzləri də göstərə bilərəm.

Məqsəd İsayevin qırmızı vərəq alması? Bunu psixoloji durumla əlaqələndirirəm. Əsəblər gərilmişdi".

Chosen
21
1
fanat.az

2Sources