EN

“Reaksiya verməliyik” - Flik “Jirona” oyunu öncəsi danışdı

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hansi Flik "Jirona" ilə qarşıdakı görüşdən əvvəl mətbuat konfransı keçirib.

İdman.Biz xəbər verir ki, çalışdırıcı Kataloniya təmsilçisinin son matçda "Atletiko Madrid"ə kubokda 0:4 hesabı ilə uduzmasından narazı qaldığını gizlətməyib və komandadan güclü reaksiya gözlədiyini bildirib.

Flik rəqib haqqında danışarkən bunları deyib:

“Yaxşı təşkilatlanmış, düzgün mövqe tutan və cəsarətlə oynamağa çalışan rəqib gözləyirik. Son oyuna nisbətən daha iti və dinamik olmağımız vacibdir”.

Soyunub-geyinmə otağındakı ab-hava ilə bağlı suala mütəxəssis məğlubiyyətin dərs olduğunu bildirib:

“Ən vacibi bugünkü məşq idi. Dinamika da var idi, özünəinam da. Qollar da vurduq. Uduzduq və bu bizim üçün dərsdir. Amma irəli getməliyik və diqqəti "Jirona" matçına yönəltməliyik”.

Alman çalışdırıcı əlavə edib ki, komanda keyfiyyət baxımından istənilən rəqibi məğlub edə bilər, lakin bunu meydanda göstərmək lazımdır: “Xüsusilə "Atletiko" ilə oyunun ilk hissəsində bunu etmədik”.

Hakimliklə bağlı məsələyə də münasibət bildirən Flik nəticəyə bunun təsir etmədiyini vurğulayıb. O, referilərlə ünsiyyətin vacib olduğunu, lakin komandanın dəyişə biləcəyi məqamların daha önəmli sayıldığını deyib.

Heyətlə bağlı xəbərlərə gəlincə, mütəxəssis Reşfordun sabahkı oyunu buraxacağını açıqlayıb: “Vəziyyəti xeyli yaxşılaşıb, amma addım-addım getməliyik”.

Flik həmçinin Rafinyanın komanda üçün əhəmiyyətindən danışıb və onun məşqlərdə tempə necə təsir etdiyini vurğulayıb. Baş məşqçi bildirib ki, Rafinya “Jirona” ilə oyuna hazırdır.

Digər zədəlilərlə bağlı isə o, Pedrinin hazır ola biləcəyini, Qavi ilə bağlı isə ehtiyatlı davranacaqlarını qeyd edib. Flikin fikrincə, yarımmüdafiəçi mart ayında tam hazır vəziyyətə gələ bilər.

İdman.Biz
Chosen
34
1
idman.biz

2Sources