EN

Ukrayna: Rusiya bir həftə ərzində 1300 dron, 50 raketlə hücum edib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ordusu son bir həftə ərzində təxminən 1300 pilotsuz uçuş aparatı (PUA), 1200-dən çox idarə olunan bomba və 50 müxtəlif növ raketdən istifadə edərək Ukraynaya qarşı hava hücumları həyata keçirib.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında Rusiyanın son bir həftə ərzində Ukraynaya endirdiyi hava zərbələri barədə məlumat verib.
Zelenski bildirib ki, Rusiya ordusu bu gün Ukraynanın Odessa, Donetsk, Zaporojye və Sumı bölgələrinə hücumlara başlayıb və son bir həftə ərzində ölkəsinə təxminən 1300 dron, 1200-dən çox idarə olunan bomba və əsasən ballistik raketlərdən ibarət 50 raket atılıb.

Zelenski Rusiyanın bu həftə də Ukraynanın enerji infrastrukturunu hədəf almağa davam etdiyini vurğulayıb.

Zelenski Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müxtəlif ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirdiyini və müharibənin ildönümü olan 24 fevral tarixinə qədər Ukrayna üçün yeni silah və enerji yardım paketləri barədə razılığa gəldiklərini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
22
1
turkustan.az

2Sources