EN

Kallasdan sərt mesaj: Rusiya meydanda deyil, masada qazanmaq istəyir

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, “Rusiyanın hazırda yaratdığı ən böyük təhlükə, döyüş meydanında qazandığından daha çoxunu danışıqlar masasında əldə etməsidir”.

Turkustan.az xəbər verir ki, Kallas bu fikirləri Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Avropalılar, bir araya gəlin! Daha çətin bir dünyada səsinizi geri qaytarın” adlı paneldə səsləndirib.

O, Rusiyanın supergüc olmadığını iddia edərək, Ukrayna müharibəsində 2014-cü il sərhədlərindən kənara çıxmadığını və 1,2 milyon hərbi itki verdiyini bildirib. Kallasın sözlərinə görə, “Rusiya xarabalıq içindədir. İqtisadiyyatı parçalanıb, Avropa enerji bazarlarından təcrid olunub və vətəndaşları ölkəni tərk edir. Lakin hazırda ən böyük risk onun danışıqlar prosesində döyüş meydanında əldə edə bilmədiyi üstünlükləri qazanmasıdır”.

Kallas əlavə edib ki, Rusiyanın müxtəlif təhdidlərinə qarşı yeni Avropa təhlükəsizlik strategiyası üzərində iş aparılır. Onun sözlərinə görə, Rusiya kiberhücumlar vasitəsilə iqtisadiyyatları zəiflətməyə, peykləri sıradan çıxarmağa, sualtı kabellərə sabotaj etməyə, dezinformasiya ilə ittifaqları sarsıtmağa, neft və qazdan siyasi təzyiq aləti kimi istifadə etməyə çalışır və eyni zamanda nüvə təhdidi faktorundan yararlanır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
icma.az

2Sources