EN

Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın maraqlarına uyğundurmu? Simonyan məsələyə aydınlıq gətirib

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan ölkəsində yerləşən Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrin hazırda gündəmdə olmadığını bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Dojd TV” kanalına verdiyi müsahibədə danışıb.

Simonyan qeyd edib ki, Ermənistan tərəfi müəyyən hallarda rusiyalı tərəfdaşlardan hava limanı və Ermənistan–Azərbaycan sərhədində yerləşən bəzi mövqeləri tərk etmələrini xahiş edib. Lakin onun sözlərinə görə, Gümrüdə yerləşən hərbi bazanın taleyi ilə bağlı məsələ hələlik müzakirə edilmir.

“Biz bunu indi müzakirə etməyi məqsədəuyğun hesab etmirik. Uyğun zaman və şərait yarandıqda bu məsələyə qayıda bilərik. Hazırkı regionda vəziyyəti daha da gərginləşdirəcək kəskin addımlar atmaq düzgün olmaz”, – deyə o vurğulayıb.

Parlament sədri əlavə edib ki, Rusiya hərbi bazası bütün təhlükəsizlik məsələlərinə tam təminat verməsə də, mövcud geosiyasi şəraitdə bu məsələni emosional yox, praqmatik yanaşma ilə qiymətləndirmək lazımdır.

Moskva ilə münasibətlərə toxunan Simonyan bildirib ki, Ermənistan və Rusiya arasında əlaqələr ölkənin milli maraqları çərçivəsində davam etdiriləcək. Onun sözlərinə görə, İrəvan balanslaşdırılmış xarici siyasət yürütmək niyyətindədir.

“Biz bir qütbdən digərinə tullanmayacağıq. Xarici siyasətimiz “Ermənistan üçün nə faydalıdırsa, onu edəcəyik” prinsipi üzərində qurulub. Rusiya ilə yanaşı, ABŞ, Fransa və Avropa İttifaqı ilə də əlaqələrimizi balanslı şəkildə inkişaf etdirəcəyik”, – deyə Simonyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
yeniavaz.com

2Sources