EN

ABŞ bu ölkəyə hərbi texnika göndərməyə başladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ terrorçu qruplarla mübarizə aparmaq üçün Nigeriyanın şimal-şərqinə hərbi təchizat göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vanguard” qəzeti məlumat yayıb.

“ABŞ-ın ən azı üç hərbi nəqliyyat təyyarəsi Borno ştatındakı Nigeriya hərbi bazasına avadanlıq göndərib. Vaşinqton həmçinin qoşun və sursat göndərmək niyyətindədir”, – deyə bildirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında ABŞ Nigeriyadakı İŞİD mövqelərinə zərbələr endirib. Noyabr ayında ABŞ Prezidenti Donald Tramp Pentaqona xristianlara qarşı cinayətlərlə bağlı Nigeriyaya qarşı potensial hərbi əməliyyatlar hazırlamağı əmr edib. O, ölkədəki xristianlığın “mövcudluq təhlükəsi” ilə üzləşdiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
106
globalinfo.az

1Sources