Yuri Vernidub gələndən sonra məğlubiyyətin nə olduğunu bilməyən “Neftçi” yenidən avrokuboklar mübarizəsinə qayıtdı. “Ağ-qaralar” hazırda 27 xalla turnir cədvəlininin 7-ci pilləsində qərarlaşıb.
İrəlidə olan “Araz-Naxçıvan” da eyni xala malikdi, qələbə sayına görə 6-cı, “Sumqayıt” 30 xalla 5-ci və “Zirə” 32 xalla 4-cü yeri tutur. Yəni “Neftçi”ni 4-cü pillədən cəmi 5 xal ayırır. “Zirə” bu gün evdə “Karvan-Yevlax”, gələn tur isə “Azərsun Arena”da “Turan Tovuz” ilə qarşılaşacaq. “Sumqayıt” sabah səfərdə “Araz-Naxçıvan”, 21-ci turda evdə “Qəbələ” ilə qarşılaşacaq. “Araz-Naxçıvan” “Neftçi” ilə eyni xal toplasa da, istər klub, istərsə də komandadaxili məlum problemlər, oyun və nəticənin olmaması artıq Muxtar Respublika təmsilçisini bu yarışdan uzaqlaşdırmaqdadı.
“Turan Tovuz” 3-cü pillənin sahibidi. “Neftçi”ni bu yerdən 6 xal ayırır. Yəni “ağ-qaralar” sabitliyi qoruya bilsə, avrokuboklara da düşər, mükafatçılar sırasına da!
MÜZƏFFƏR QULUZADƏ[b][/b]