EN

Endrik Fransa Liqasında hamını qabaqladı

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Endrik Fransa Liqasında hamını qabaqladı

Müqavilə ilə "Real"a məxsus olan və icarə əsasında çıxış etdiyi "Lion"da çıxış edən Endrik yanvar ayı üçün Fransa Liqasında ən yaxşı futbolçu seçilib.

QOL.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard Fransa çempionatında yanvar ayında 6 oyuna çıxıb. O, bu matçlarda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun bazar dəyəri Transfermarkt portalına əsasən 25 milyon avro qiymətləndirilir. Onun Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl "Çelsi" və "Atletiko"nun hücumçu ilə maraqlandığı bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
qol.az

2Sources