EN

Endrik Fransa Liqasında hamını qabaqladı

style='margin-bottom:10px;'>

"Real"ın hücumçusu Endrik icarə əsasında çıxış etdiyi "Lion"da yanvar ayının ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, bu barədə Fransa Liqa 1-in mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard Fransa çempionatında yanvar ayında 6 oyuna çıxıb. O, bu matçlarda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun bazar dəyəri Transfermarkt portalına əsasən 25 milyon avro qiymətləndirilir. Onun Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl "Çelsi" və "Atletiko"nun hücumçu ilə maraqlandığı bildirilmişdi.

Chosen
17
1
teleqraf.com

2Sources