"Mançester Siti" İngiltərə Kubokunda inan 145 il öncə qeydə alınan rekordu təkrarlayıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Mançester təmsilçisi buna turnirin 1/16 final mərhələsində dünən "Solford Siti"ni (2:0) məğlub etməklə nail olub.
Xosep Qvardiolanın çalışdırdığı kollektiv bu turnirdəki ev oyunlarında ardıcıl 17-ci qələbəsini qazanıb.
Tarixdə sonuncu belə seriyaya 1873-cü ildən 1881-ci ilədək "Klephem Rovers" komandası imza atıb.