Türkiyə Prezidenti fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Far.Az xəbər verir ki, o, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə həm ikitərəfli əməkdaşlığı, həm də regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır.
Danışıqlarda xüsusilə Fələstin, Suriya, Yəmən və Somalidəki proseslərə diqqət yetiriləcək.
Qeyd edək ki, BƏƏ Türkiyənin Körfəz regionunda ən böyük ticarət tərəfdaşıdır. Tərəflər ticarət dövriyyəsini 40 milyard dollara çatdırmağı hədəfləyiblər. Səfərdən sonra Ərdoğanın Efiopiyaya da yollanacağı bildirilir.