Bakı. Trend:
Şimali Avropa ölkələri Şimal qütbü vasitəsilə Asiya və ŞimaliAmerikaya sualtı internet kabel sistemi yaratmağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə "SVT" telekanalı məlumat yayıb.
Bildirilib ki, “Polar Connect” layihəsi İsveçdən başlayaraqŞimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya qədər optik-liflikabellər şəklində sualtı infrastrukturun yaradılmasını nəzərdətutur.
İlkin marşrut İsveç, Norveç, Kanada, Alyaska (ABŞ), Yaponiya vəCənubi Koreyanı əhatə edəcək. Ümumi uzunluğu 10 500 kilometr olanyeni kabel sistemi 2030-cu ildə istifadəyə veriləcək.
Layihə hazırkı təhlükəsizlik vəziyyətində Avropa İttifaqıtərəfindən prioritet kimi qiymətləndirilir və dəyəri 21 milyardİsveç kronundan çox (təxminən 2.3 milyard dollar) təşkil edir.